Məlumata görə, buna səbəb işçilərin əmək haqlarının artırılması, iş yerlərinin bölgüsü və məhsuldarlığının artırılması tələbləri ilə bağlı şirkət rəhbərliyi tərəfindən verilən vədlərin yerinə yetirilməməsidir.
Həmçinin onlar Əmək Şurasının yaradılmasını tələb edir.
Xatırladaq ki, keçən il "Təbriz Motorsazan Traktor" (traktor mühərriki) İstehsalat Şirkətinin işçiləri 9 gün tətil edib.
İşəgötürənin vədləri əsasında fəhlələr işə qayıtsalar da, zavod rəsmiləri heç bir vədinə əməl etməyib.
Buna görə, onlar yenidən tətilə başlayıblar.
2021-ci ilin noyabr ayında baş verən tətil aksiyasından sonra zavod rəhbərliyində dəyişikliyin olacağı, işçilərin tələblərinin nəzərə alınacağı ilə bağlı verilən vədlər yerinə yetirilməyib.
Timur