SON XƏBƏRLƏR

Təbriz və Tehranda daha iki mili fəal həbs edilib

2022.10.05, 05:39
Təbriz və Tehranda daha iki mili fəal həbs edilib

Gunaz.tv

Təbrizdə Arəş İffəti Tikmədaşın evinə basqın edən təhlükəsizlik məmurları milli fəalı həbs edib.

Fəalın evində axtarış aparılıb, ona məxsus kompüteri, telefonu, kitabı, seyfi və başqa şəxsi əşyaları özləri ilə aparıblar.

Bununla yanaşı Muğan bölgəsindən olan və Tehranda yaşayan Meysəm Beheştinin də evində axtarış aparılıb və ona məxsus şəxsi əşyalar milli fəalla birlikdə naməlum yerə aparılıb.

Onların nədə ittiham olunduqları barədə heç bir məlumat verilməyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar