SON XƏBƏRLƏR

Təbriz zindanında saxlanılan milli fəal Ruzbeh Pirinin yeri dəyişdirilib

2022.07.11, 04:56
Təbriz zindanında saxlanılan milli fəal Ruzbeh Pirinin yeri dəyişdirilib

Gunaz.tv

Bundan öncə səhhətində olan problemlərə görə, onun tibbi məzuniyyət istəyinə mənfi cavab verilib.

Bundan əlavə Ruzbeh Pirini narkotik maddə istifadəçilərinin və alverçilərinin saxlanıldığı 15-ci bölməyə salmışdılar.

Qeyd edək ki, İslam Azad Universitetinin Təbriz filialını proqram təminatı ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirən Ruzbeh Piri fevralın 12-də saxlanılıb.

İran hökumətinin təhlükəsizlik məmurları onun Təbrizdəki ata evinə basqın edib və fəalı özləri ilə aparıblar.

Sonradan R.Pirinin bundan öncə “hökumətə müxalif qruplara üzvlük” ittihamına görə məhkum olunduğu 3 il 8 ay həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına köçürüldüyü bəlli olub.  

“Təbriz” tələbə jurnalının baş redaktoru, Müstəqil Tələbələrin İslam Cəmiyyəti təşkilatının qurucularından biri və "Sultan Məhəmməd Fateh" kitabının tərcüməçisi olan Ruzbeh Piri bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs cəzasına məhkum edilib. 

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar