SON XƏBƏRLƏR

Təbrizdə bələdiyyə binası qarşısında etiraz aksiyası keçirilib-VİDEO

2022.08.27, 07:17
Təbrizdə bələdiyyə binası qarşısında etiraz aksiyası keçirilib-VİDEO

Gunaz.tv

Avqustun 27-i səhər saatlarından başlayaraq bir qrup narazı vətəndaş Təbriz bələdiyyə binası qarşısına toplaşaraq etiraz aksiyası keçirib.

Onlar bir neçə ildir "Xavəran" şəhərciyində yeni tikilən evlər üçün ödəniş etmələrinə baxmayaraq tikintinin yarımçıq qalması, evlərinə yiyə dura bilmədiklərindən narazılıqlarını bildiriblər.

Bundan öncə son iki ildə eyni problemlə bağlı dəfələrlə aksiya keçirilməsi və müraciət edilməsinə baxmayaraq. ödəniş edən vətəndaşların evlərinin tikintisi tamamlanmayıb.

Aksiyaya qatılanlar "Huşyar, Huşyar" səsləyərək bələdiyyə başçısı Yəqub Huşyarın onların qarşısına çıxıb məsələyə aydınlıq gətirməsini istəsələr də, bələdiyyə başçısı etirazçılarla görüşməyib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar