SON XƏBƏRLƏR

Təbrizdə etiraz aksiyası: Bələdiyyə məmurlarının səyyar satıcını döyməsi narazılıq yaratdı-VİDEO

2022.02.20, 03:17
Təbrizdə etiraz aksiyası: Bələdiyyə məmurlarının səyyar satıcını döyməsi narazılıq yaratdı-VİDEO

Gunaz.tv

Qeyd edək ki, yayılan videoda iki bələdiyyə məmurunun yaşlı səyyar satıcının malların müsadirə etməsi və satıcının onlara müqavimət göstərməsi əks olunub.

Bu son aylar Təbrizin səyyar satıcılarının keçirdiyi sayca 5-ci etiraz aksiyasıdır.

Son həftələr Təbrizin bir neçə bölgəsində oxşar hadisələr baş verib və bununla bağlı səyyar satıcılar etiraz aksiyası keçiriblər.

Bələdiyyənin mühafizə bölməsinin qarşısına toplaşan etirazçılar “Səyyar satıcılıq cinayət deyil” kimi şüarlar səsləndirib, plakatlar açıblar.

Bələdiyyə səyyar satıcılara fəaliyyət üçün xüsusi yerlər ayırmaq barədə tədbirlər görmək planının olduğunu desədə, bu günə kimi bu gerçəkləşməyib.

Xüsusilə bir neçə ildir ki, belə halların baş verməsi adi hal alıb.
Yoxsulluq və işsizliyin artması nəticəsində səyyar satıcılıq edənlərin sayı kəskin artıb.  

 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar