SON XƏBƏRLƏR

Təbrizdə siyasi məhbus Abbas Lisaniyə dəstək aksiyası keçirilib-FOTOLAR

2022.02.04, 07:58
Təbrizdə siyasi məhbus Abbas Lisaniyə dəstək aksiyası keçirilib-FOTOLAR

Gunaz.tv

Fəallar şəhərin müxtəlif məhəllələrində divarlara, keçidlərə və ictimai yerlərə Abbas Lisaninin fotosunu və üzərində “Abbas Lisanini azad edin”, “Biz hamımız Lisaniyik” şüarı yazılan afişalar yapışdırıblar.

Son günlər Abbas Lisaninin sağlamlığında yaranan problemlər milli-mədəni fəalların, beynəlxalq insan haqları müdafiə təşkilatlarının narahatlığına səbəb olub.

2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.
Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına yüksəldilib.

Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşib.

Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslami Cəza Qanununda nəzərdə tutulan həbs cəzalarını azaldılması ilə iddiasını rədd edib.

Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladıb, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.

C.E
 

 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar