SON XƏBƏRLƏR

Təbrizdə faciə: Bina çökdü, 1 nəfər ağır yaralandı-VİDEO

2022.01.05, 12:56
Təbrizdə faciə: Bina çökdü, 1 nəfər ağır yaralandı-VİDEO

Gunaz.tv

Hadisənin yenidən tikilməsi üçün binanın işçilər tərəfindən söküldüyü zaman baş verdiyi bildirirlir.

Yanğından mühafizə bölməsinin xilasetmə əməkdaşları 35 yaşlı işçini dağıntılar altından çıxarıb.

Ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan işçinin kimliyi və son durumu barədə məlumat verilməyib.

Qeyd edək ki, cari günəş ilinin ilk 8 ayında Şərqi Azərbaycanda 61 işçi iş yerlərində baş verən qəzalar nəticəsində həyatını itirib. 

Şərqi Azərbaycan əyalətinin Tibbi Ekspertiza Mərkəzinin başçısı Əli Səfayifərdin verdiyi məlumatda 35 nəfərin hündürlükdə yıxılma, 12 nəfərin bərk cismin dəyməsi, 6 nəfərin elektrik cərəyanı vurması, 2 nəfərin hipoksiya (oksijen çatışmazlığı), 1 nəfərin boğulma və 5 nəfərin isə yanıq xəsarətləri nəticəsində öldüyü bildirilir. 

Ə.Səfayifərdin sözlərinə görə, eyni müddətdə 34-ü qadınm olmaqla 1003 işçi iş yerlərində aldıqları xəsarətlərə görə tibb məntəqələrinə müraciət ediblər. 

Müstəqil Həmkarlar İttifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çox olduğunu bildirirlər.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qorucu geyim, avadanlıqlarla təmin edilməmələrini ölüm hallarının çoxalmasında əsas səbəblərdən biri kimi göstərirlər.

C.E

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar