SON XƏBƏRLƏR

Təbrizdə ekoloji fəlakət- Urmu gölündən şəhərə doğru duz fırtınası başlayıb-VİDEO

2022.04.08, 08:32
Təbrizdə ekoloji fəlakət- Urmu gölündən şəhərə doğru duz fırtınası başlayıb-VİDEO

Gunaz.tv

İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin başçısı Davud Qasımzadə son illərin quraqlığı, ətrafdakı  göllərin quruması, mədənlərin qeyri-standart istismarı, yarıçmıq qalan yol və tikinti layihələrinin şəhərdə toz fırtınasının daha da şiddətləndiyinə səbəb olduğunu söyləyib.

Qasımzadənin iddiasının əksinə bir çox media qurumları və sosial media fəalları Təbrizdə duz fırtınasının baş verdiyini, bunun səbəbinin isə Urmu gölünün qurumuş hissələrinin duzunun güclü külək vasitəsilə Təbrizə gətirilməsi olduğunu yazıblar.

Onlar Urmu gölündən başlayan duz fırtınalarının 500 ilometr məsafəyə qədər çatdğını və milyonlarla insanın həyatını təhlükə qarşısına qoyduğunu, əkin sahələrinin yararsız duruma düşəcəyini bildirirlər.

Bir müddət bundan öncə Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin texniki məsələlər üzrə sədr müavini Höccət Cabbari duz fırtınası bağlı xəbərdarlıq etmişdi.

“Son günlər Urmu gölü yatağından duz zərrəciklərinin yayılması və duz fırtınasının baş verməsinin şahidi olduq. Gölün quruması və sulu sahələrin kiçilməsi nəticəsində baş verən duz fırtınası ətraf mühitə ciddi ziyan vurmaqdadır”-deyə, o bildirib.

Qeyd edək ki, son günlər sosial mediada yayılan foto və video-görüntülərdən aydın olur ki, Urmu gölü yatağından qalxan duz fırtınası gölün hər iki tərəfində yerləşən bölgələri əhatə edib.  

Güney azərbaycanlı ekoloq Əhməd Bayburdi məsələ ilə bağlı verdiyi açıqlamada bir sıra məsulları, o cümlədən Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin rəhbəri Həsən Abbasnejadı qeyri-peşəkarlıqda ittiham edib. 

O, Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin icazəsi ilə Urmu gölünün yatağından qaydasız şəkildə duz istismarına başlanılmasını duz qayalarının ilkin formasının itirməsinə külək nəticəsində duz fırtınasının yaranmasına səbəb olduğunu bildirib.  

 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar