SON XƏBƏRLƏR

Təbrizdə etiraz aksiyaları keçirilir-VİDEO

2022.09.23, 17:21
Təbrizdə etiraz aksiyaları keçirilir-VİDEO

Gunaz.tv

Günortadan sonra Təbrizin mərkəzi küçələrində, xüsusilə Şahnazda etiraz aksiyaları yenidən başlayıb.

"Ölüm olsun diktatora", "Durub baxan biqeyrətdir", "Azadlıq, Ədalət, Milli hökumət" şüarları səsləndirən aksiyaçıların sayının gecə saatları dahada çoxaldığı bildirilir.

Tərbiyət, Firdovsi, Barnavak küçələrində xüsusi təyinatlı qüvvələr və SEPAH üzvləri ilə aksiyaçı gənclər arasında qarşıdurmalar yaşanıb.

Hökumət məmurlarının müxtəlif qruplara bölünənərək bir neçə bölgədə aksiya keçirən etirazçıların qarşısını almaqdan aciz qaldıqları qeyd olunur.

Həbs olunanların olduğu bildirilsə də, hələlik onların kimliyi dəqiqləşdirilməyib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar