SON XƏBƏRLƏR

Təbrizdə etiraz aksiyası keçirilib- "And ola Səttarxana, biz gələrik Tehrana"-VİDEO

2022.02.27, 09:06
Təbrizdə etiraz aksiyası keçirilib- "And ola Səttarxana, biz gələrik Tehrana"-VİDEO

Gunaz.tv

Təqaüdçülər maaş və pensiyaların aşağı olmasından, əlavə sığorta problemlərindən və həyat şəraitinin pis olmasından şikayətlənib, təqaüdlərinin tam artırılmasını və bərabərləşdirilməsini istəyiblər.

Etirazçılar “Nə məclis, nə dövlət milləti düşünmürlər”, “yalan vədlərə inanmırıq, süfrələrimiz boşdur” və “And ola Səttar xana, biz gələrik Tehrana”  məzmunlu şüarlar səsləndiriblər.

Bu, cari ildə Təbrizli təqaüdçülərin keçirdiyi beşinci aksiyadır və bundan öncə onlar eyni istəklərlə yanvarın 16, 23, 30 və 20 fevralda etiraz aksiyası keçiriblər. 

Qeyd edək ki, Təbrizlə yanaşı onlarla şəhərdə, o cümlədən Ərdəbil. Urmu, Qəzvin, Həmədan, tehran. Kərəc və Məşhəd şəhərlərində də oxşar istəklərlə etiraz aksiyaları keçirilib.

 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar