SON XƏBƏRLƏR

Təbrizdə dəhşətli partlayış: Bir qadın iki azyaşlı övladı ilə birgə həlak olub

2022.01.04, 08:15
Təbrizdə dəhşətli partlayış: Bir qadın iki azyaşlı övladı ilə birgə həlak olub

Gunaz.tv

Hadisə ötən gecə dekabrın 3-ü, saat 20 radələrində Təbrizin Dizeabad bölgəsində olub.

Məlumata görə, qaz balonları sexində güclü yanğın və partlayış baş verib.

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniyanın verdiyi məlumata görə, 50 maye qaz balonunun ard-arda partlaması nəticəsində bir qadın iki azyaşlı övladı ilə birgə həlak olub.

7 nəfər isə ağır yaralanıb.

Təbriz bələdiyyəsinin yanğınsöndürmə blməsindən mediaya verilən məlumatda da hadisənin 27 kq-lıq qaz balonlarının alışaraq partlaması nəticəsində meydana gəldiyi qeyd olunub.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar