Təbrizdə həbslər davam edir-Siyavuş Məliki saxlanılıb

14.10.2022, 07:20

Güney Azərbaycanın başkəndi Təbrizdə həbslər davam edir. Oktyabrın 13-də milli fəal Siyavuş Məliki saxlanılıb.

Gunaz.tv Quote | Gunaz article

Siyavuş Məliki təhlükəsizlik məmurlarının atasının evinə basqını zamanı saxlanılaraq naməlum yerə aparılıb.

Saxlanıldığı zaman onun ağır şəkildə döyüldüyü, ağır bədən xəsarətləri aldığı və qandallanaraq aparıldığı bildirilib.

30 yaşlı Siyavuş Məlikinin ailəsinin onun harada saxlanıldığı və vəziyyəti barədə müraciətlərinə cavab verilməyib.

Qeyd edək ki, azərbaycanlı vəkil Sina Yusifinin verdiyi məlumata görə, son 25 gün ərzində Təbrizdə 1700 nəfər həbs edilib.

Timur 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social