SON XƏBƏRLƏR

Təbrizdə havanın çirkliliyi təhlükəli həddə çatıb

2021.11.17, 13:03
Təbrizdə havanın çirkliliyi təhlükəli həddə çatıb

Gunaz.tv

Davud Qasımzadə Təbrizdə havanın çirklənmə dərəcəsinin yüksək olduğuna görə həssas yaş qrupları üçün təhlükəli olduğunu və yaxın günlərdə bunun bütün yaş qruplarını ehtiva edəcəyini deyib.

“Hazırda Təbrizdə havanın çirkliliyi 149 olaraq həssas yaş qrupları üçün təhlükəlidir.

Bu 151-ə yüksəldiyi halda bütün yaş qrupları üçün təhlükə doğuracaq”-deyə, Qasımzadə bildirib.

O, havanın çirklənməsinə əsas səbəb kimi nəqliyyat vasitələrini, zavodları və Təbrizin istilik elektriki stansiyasında mazutdan istifadəni göstərib.

Hesablamalara görə, havanın çirklənmə göstəricisi 0-dan 50-yə qədər təmiz hava, 50-dən 100-ə qədər sağlam hava, 100-dən 150-yə qədər qeyri-sağlam və həssas yaş qrupları üçün təhlükəli hava, 150-dən 200-ə qədər isə bütün yaş qruplar üçün qeyri-sağlam hava, 200-dən çox göstərici isə kritik hava çirkliliyi vəziyyətini göstərir.

Qeyd edək ki, Təbrizin istilik elektrik stansiyasında mazotdan istifadə şəhərin havasının çirklənməsində əsas amil hesab edilir.

Bununla bağlı bir neçə millət vəkili, əyalətin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı və ətraf mühit fəalları dəfələrlə məsələ qaldırıblar.

İran Milli Qaz Şirkəti Şərqi Azərbaycan əyalətində mövcud olan istilik elektrik stansiyalarına qaz verilişini dayandırdığı üçün stansiyalarda mazutdan istifadə olunur.

Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsi məsələ ilə bağlı bundan öncə yaydığı açıqlamada bildirib ki, elektrik stansiyasının mazutdan istifadə etməsi qanuna və Enerji Komissiyasının təsdiq etdiyi qaydalara ziddir.

“Təbriz istilik elektrik stansiyasında qaz əvəzinə mazutdan istifadə hava çirkliliyini gücləndirib, kənd təsərrüfatı məhsullarına mənfi təsir göstərib və bölgədə yaşayan insanların sağlığında problem yaradıb”-deyə, Ətraf Mühitin Mühafizəsi İdarəsinin açıqlamasında bildirilib.

Təbrizin İran parlamentindəki nümayəndəsi Ruhullah Mütəfəkkir Azad məsələ ilə bağlı  özünün "twitter" hesabında etdiyi paylaşımda İranın Neft nazirinin impiçmentini tələb edib.

"İndi Milli Qaz Şirkətinin laqeydliyinə görə, nazirin impiçment məsələsinə qaldırmaq məcburiyyətindəyəm. Xalqın həyatının təhlükəsizliyi sövdələşmə predmeti ola bilməz”-deyə, millət vəkili yazıb. 

C.E    
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar