SON XƏBƏRLƏR

Təbrizdə ekoloji çirklilik barədə xəbərdarlıq edilib

2022.02.19, 09:17
Təbrizdə ekoloji çirklilik barədə xəbərdarlıq edilib

Gunaz.tv

O, Təbriz havasının həssas yaş qrupları üçün təhlükəli olduğunu deyib.

Onun sözlərinə görə fevralın 19-da şəhərin hava çirkliliyinin göstəricisi 136 olaraq qeydə alınıb.

Təbriz havasının çirkliliyinin əsas səbəblərindən biri Təbriz İstilik Elektrik Stansiyasına qaz verilişinin dayandırılmasına görə mazutdan istifadə edilməsidir.

Bununla bağlı özəlliklə son bir ildə əyalət məsulları, millət vəkilləri və çevrə fəallarının etirazlarına baxmayaraq problemin bir dəfəlik həlli ilə bağlı tədbir görülməyib.

Bir müddət öncə məsələ bağlı açıqlama verən Şərqi Azərbaycan əyaləti valisinin müavini Cavad Rəhməti əyalətinin əhalisinin ortalama 50 faizi Təbriz və onun ətrafında yaşadığı üçün bu qədər insanının sağlamlığının təhlükəyə atılmasının yolverilməz olduğunu demişdi.

“Öncəki illərdə mazutdan istifadə edildiyi üçün ilin bəlli bir dönəmlərində Təbrizin havası çirkli olub. Ancaq bu il yağıntıları az olması səbəbindən bu çirklilik böhran səviyyəsinə çatıb”-deyə, Cavad Rəhməti xəbərdarlıq edib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar