SON XƏBƏRLƏR

Təbrizdə ekoloji çirklilik davam edir

2021.12.01, 13:48
Təbrizdə ekoloji çirklilik davam edir

Gunaz.tv

Məlumatda dünən səhər saatlarından başlayaraq şəhərin havasında çirklilik səviyyəsi yenidən yüksəldiyi və bunun həssas yaş qrupları üçün təhlükə törətdiyi bildirilir.

Həftələrdir Təbrizdə davam edən hava çirkliliyi ilə bağlı əlaqədar idarələr və məsul şəxslər istilik elektrik stansiyasında mazutdan istifadə edilməsini səbəb göstərirlər.

İran Milli Qaz Şirkəti Şərqi Azərbaycan əyalətində mövcud olan istilik elektrik stansiyalarına qaz verilişini dayandırdığı üçün stansiyalarda mazotdan istifadə olunur.

Şərqi Azərbaycanın Ətraf Mühitin Mühafizəsi Baş İdarəsi məsələ ilə bağlı yaydığı açıqlamada bildirib ki, elektrik stansiyasının mazutdan istifadə etməsi qanuna və Enerji Komissiyasının təsdiq etdiyi qaydalara ziddir.

Ancaq Ətraf Mühitin Mühafizəsi Baş İdarəsi və bir neçə azərbaycanlı millət vəkilinin problemlə bağlı xəbərdarlıqlarına baxmayaraq, məsələnin həlli yönündə hər hansı tədbir görülməyib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar