SON XƏBƏRLƏR

Təbrizlə bağlı xəbərdarlıq: "Havanın çirkliliyi artacaq"

2021.11.02, 12:58
Təbrizlə bağlı xəbərdarlıq: "Havanın çirkliliyi artacaq"

Gunaz.tv

Davud Qasımzadə yaşlı, uşaq, boylu qadınlar və həsas yaş qrupundan olan şəxslərin evdə qalmalarını istəyib.

O, noyabrın 2-də mediaya verdiyi açıqlamada hal-hazırda Təbrizin havasının dözüləsi səviyyədə olduğunu, ancaq yaxın günlərdə şiddətlənəcəyini söyləyib.

“Hal-hazırda Təbrizin hava çirkliliyi göstəricisi 100 civarında və dözüləsi səviyyədədir. Ancaq yaxın günlərdə bunun şiddətlənəcəyi gözlənilir”-deyə, Qasımzadə xəbərdarlıq edib.

Açıklama yok.

Problemlə bağlı Şərqi Azərbaycan əyaləti valisinin müavini Cavad Rəhməti də açıqlama verib.

Onun sözlərinə görə, havanın çirklənməsinin əsas səbəblərindən biri Təbrizin İstilik Elektrik Stansiyasında mazutdan istifadə olunmasıdır.

“Belə davam edərsə və problemin həlli ilə bağlı tədbir görülməzsə məcburi şəkildə bir sıra dövlət idarələri və müəssisələr tətil edəcək”-deyə, vali müavini bildirib.

O, qeyd edib ki, Şərqi Azərbaycan əyalətinin əhalisinin ortalama 50 faizi Təbriz və onun ətrafında yaşadığı üçün bu qədər insanının sağlamlığının təhlükəyə atılması yolverilməzdir.

“Öncəki illərdə mazutdan istifadə edildiyi üçün ilin bəlli bir dönəmlərində Təbrizin havası çirkli olub. Ancaq bu il yağıntıları az olması səbəbindən bu çirklilik böhran səviyyəsinə çatıb”-deyə, Cavad Rəhməti xəbərdarlıq edib. 

C.E
 

پروژه پارک بزرگ برای آینده تبریز اهمیت فراوانی دارد - خبرگزاری مهر | اخبار  ایران و جهان | Mehr News Agency

Cavad Rəhməti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar