SON XƏBƏRLƏR

Təbrizdə “Əhmədin nağılı” adlı türkcə tamaşa səhnəyə çıxarılacaq

2022.06.06, 07:40
Təbrizdə “Əhmədin nağılı” adlı türkcə tamaşa səhnəyə çıxarılacaq

Gunaz.tv

Bu barədə Höccət Zeynali mediaya verdiyi açıqlamasında bildirib.

"Mən türkcə nağılları uşaqlığımda nənəmdən eşitmişəm və indi onları səhnələşdirərək yeni nəsilə çatdırılmasına çalışıram.

“Əhmədin nağılı" bölgəmizin uşaqları üçün ən populyar mədəniyyət nümunələrindən biridir. Bu tamaşa Azərbaycanın şifahi xalq ədəbiyyatını şəhər uşaqları və yeniyetmələri arasında yayqınlaşmağa xidmət edir"-deyə, azərbaycanlı rejissor bildirib.

Zeynali bu günə kimi çox sayda əsəri səhnələşdirdiyini, ancaq bundan sonra öz ana dilində və öz şəhərində türkcə tamaşaların səhnəyə çıxarılacağına çalışacağını qeyd edib.

Türkcə tamaşa 8 iyun tarixində yerli vaxtla axşam saat 19:00-da Təbrizin "Naci" kino evində səhnəyə çıxarılacaq.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar