SON XƏBƏRLƏR

Təbrizdə “Rəisiyə ölüm” şüarları səsləndirildi-VİDEO

2022.06.06, 18:10
Təbrizdə “Rəisiyə ölüm” şüarları səsləndirildi-VİDEO

Gunaz.tv

İyunun 6-da Təbrizdə təqaüdçülərin növbəti etiraz aksiyası keçirilib və narazıların Əmək və Sosial Rifah İdarəsinin qarşısından başlayaraq Abrəsan küçəsindən keçib valilik binası qarşısına qədər davam edən aksiyaları hökumətə qarşı mitinqə çevrilib.

Çox sayda polisin cəlb olunmasına baxmayaraq təqaüdçülər və onlara dəstək verən vətəndaşlar məişət problemləri, təqaüdlərin aşağı olması ilə bağlı şüarlardan sonra hökumət rəsmilərinə qarşı şüarlar səsləndiriblər.

Mitinq yerinə cəlb olunan polis qüvvələri “Rəisiyə ölüm”, “ləyaqətsiz nazir istefa, istefa”, “vədlər yetər, süfrələrimiz boşdur”, "ölüm olsun xalqı aldadan dövlətə" şüarları verən aksiyaçıların qarşısını ala bilməyib.

Sosial media fəalları və müxtəlif xəbər agentliklərinin verdiyi məlumatlara görə, Təbrizdə keçirilən aksiya son aylar təqaüdçülərin müxtəlif şəhərlərdə həftəlik keçirilən ənənəvi etiraz aksiyalarının ən güclüsü hesab edilə bilər. 

 Bu günə kimi təqaüdçülərin istək və müraciətlərinə ciddi əhəmiyyət verilmədiyi halda, Təbrizdə keçirilən aksiyanın dahada genişlənməsindən qorxan hökumət nümayəndələri onlarla görüşməyə məcbur olublar.

Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm narazı təqaüdçülərlə görüşüb və onların problemlərinin gündəmdə saxlanılması, istəklərinin diqqətdə saxlanılmasına söz verib.

Qeyd edək ki, Ali Əmək Şurasının hökumət tərəfindən tələblərin yerinə yetirilməməsi və sosial təminat təqaüdçülərinin maaşlarının artırılmaması barədə qərar qəbul etməsindən sonra 
Təbrizlə yanaşı İranın bütün əyalətlərində təqaüdçülərin oxşar aksiyası keçirilib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar