SON XƏBƏRLƏR

Təbrizdə çirkab suları suvarma kanallarına axıdılır

2021.11.05, 14:06
Təbrizdə çirkab suları suvarma kanallarına axıdılır

Gunaz.tv

Əkbər Fəthi bölgədə olan əkin sahələrinin ciddi ziyan gördüyünü və qida təhlükəsizliyi qaydalarına riayət olunmadığını deyib.

O, bundan öncə uzun illərdir mövcud olan əkin sahələrinin yaxınlığında sonradan qurulan sənaye təsisatlarının standartlara riayər etmədiklərini və kanalizasiya sisteminin qaydasına salınmadığını bildirib.

Bundan öncədə Təbriz ətrafında olan əkin sahələri, özəlliklə Təbrizin məşhur meyvə-tərəvəz mərkəzi sayılan Şamqazan bölgəsində çirkli suların əkin sahələrini məhv etməsi iıə bağlı məlumatlar yayılıb.

Bununla yanaşı Təbriz Dəmiryol Stansiyasından ətrafa axıdılan neft və başqa zəhərli tullantılar yeraltı və yerüstü su qaynaqlarına qarışdığına, bunun qarşısının alınmadığıma görə yerli əhali və ətraf mühit fəalları dəfələrlə etiraz aksiyaları keçiriblər.

Təbrizin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Şahnaz Əştəri mətbuata verdiyi açıqlamada problemi təsdiqləyib və bunun neçə illik keçmişi olduğunu deyib.

Ş.Əştəri Azərbaycan bölgəsinin Dəmiryolu İdarəsinin rəhbərliyinə dəfələrlə məktub yazdıqlarına rəğmən heç bir müsbət nəticə ala bilmədiklərini bildirib.

“Son çarə olaraq Dəmiryolu İdarəsini məhkəməyə vermişik və hal-hazırda məhkəmə orqanları tərəfindən aparılan nəticəni və veriləcək qərarı gözləyirik”-deyə, Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbəri mətbuata verdiyi müsahibədə qeyd edib.  

C.E

تبریز|رئیس جدید سازمان جهادکشاورزی آذربایجان شرقی منصوب شد- اخبار استانها  تسنیم | Tasnim

Əkbər Fəthi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar