SON XƏBƏRLƏR

Təbrizdə xalçaçılıq sənəti acınacaqlı durumdadır

2022.04.20, 14:07
Təbrizdə xalçaçılıq sənəti acınacaqlı durumdadır

Gunaz.tv

Hal-hazırda Şərqi Azərbaycan əyalətində 250 min nəfərin bu sahədə birbaşa və dolayısı ilə məşğul olduğunu deyən Əzimzadə məsulların və ilgili qurumların laqeydliyi ucbatından ağır böhran yaşandığını söyləyib.

“Təbriz xalçası Azərbaycan bölgəsinin mədəni rəmzi kimi özünün keçmiş mövqeyini bərpa etməlidir. Buna görə də biz bütün səylərimiz istehsal və ixracatda dirçəmə və canlanmanın baş verməsinə həsr etmişik”-deyə, Əzimzadə bildirib.

O, ümumiyyətlə əldə toxuma xalçaçılıq sahəsinin bütün İranda aır durumda olduğunu, bu ölkənin bu sahədə birinci yerdən dördüncü yerə gerilədiyini qeyd edib.

Birlik sədri Şərqi Azərbaycan əyalətindən İran parlamentində təmsil olunan millət vəkllərini tənqid edərək. bu sahənin inkişafı və əldə toxuma xalça işçilərinin problemlərinin həll olunması üçün heç bir iş görmədiklərini deyib.

Qeyd edək ki, 2015-ci ildə Ümumdünya Əl İşləri Şurasının təsdiqi ilə Təbriz müxtəlif göstəricilərə görə “Dünya Xalçaçılıq şəhəri” adına layiq görülüb.

Hal-hazırda Şərqi Azərbaycan əyalətində bir başa və dolayısı yolla on minlərlə insan xalçaçılıq sənayesi sahəsində fəaliyyət göstərir.

İxracın azalması, xammalın qiymətlərinin kəskin artması və azərbaycanlı xalça istehsalçılarının ölkə üzrə sığorta paylarının az olması bu sənaye fəallarının əsas problemləri sayılır. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar