SON XƏBƏRLƏR

Təbrizdə məktəblər bağlandı

2021.12.15, 09:08
Təbrizdə məktəblər bağlandı

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin havanın keyfiyyətinin monitorinqi mərkəzinin verdiyi məlumata görə, son 24 saatda şəhərdə hava çirkliliyinin səviyyəsi yenidən yüksəlib

Hakimiyyət orqanları məktəblərin bağlanmasına, ümumi yerlərdə gəliş-gedişin məhdudlaşdırılmasına qərar verib. 

Qeyd edək ki, Təbrizlə yanaşı Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinində hava çirkliliyi göstəriciləri yüksək olaraq qeydə alınıb. 

Ötən gün həssas yaş qrupları üçün qeyri-sağlam elan olunan göstəricilərin son sutkada bütün yaş qrupları üçün təhlükəli olduğu barədə xəbərdarlıq edilib. 

Hesablamalara görə, havanın çirklənmə göstəricisi 0-dan 50-yə qədər təmiz hava, 50-dən 100-ə qədər sağlam hava, 100-dən 150-yə qədər qeyri-sağlam və həssas yaş qrupları üçün təhlükəli hava, 150-dən 200-ə qədər isə bütün yaş qruplar üçün qeyri-sağlam hava, 200-dən çox göstərici isə kritik hava çirkliliyi vəziyyətini göstərir.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar