SON XƏBƏRLƏR

Azərbaycanın müstəqillik günü Təbrizdə qeyd olunub

2021.10.20, 07:36
Azərbaycanın müstəqillik günü Təbrizdə qeyd olunub

Gunaz.tv

Bu barədə güneyli fəallar məlumat yayıb.

Məlumata görə, Təbriz şəhərinin bir neçə bölgəsində əhali bütün məhdudiyyətlərə baxmayaraq bu günü qeyd etməyə çalışıblar.

Əhaliyə Azərbaycan Respublikasının milli bayrağının rənglərində hazırlanmış şirniyyat və tortlar paylanıb.

Milli-mədəni fəallar insanlara Azərbaycan Respublikası və Qarabağ münqaişəsi haqqında məlumat veriblər. 

Bundan öncəki illərdə də, 18 oktyabr, 28 may günləri ilə əlaqədar Güney Azərbaycanda tədbirlər keçirilib. 

Bu tədbirlərin qarşısı hökumət məmurları tərəfindən alınıb və bir neçə milli-mədəni fəal həbs edilib.

C.E  


Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar