SON XƏBƏRLƏR

Təbriz metrosunun "Danişqah-i Azad” stansiyası ləğv edilib-Tunel torpaqla doldurulub

2022.01.18, 14:20
Təbriz metrosunun "Danişqah-i Azad” stansiyası ləğv edilib-Tunel torpaqla doldurulub

Gunaz.tv

5 milyard tümən büdcə ilə tikintisinə başlanılan Təbriz metrosunun 18-ci stansiyası  3 il sonra naməlum səbəblərdən torpaqla doldurulub.

Uzun müddətdir tikintisi büdcə çatışmazlığı və başqa səbəblərdən yarımçıq qalan Təbriz metrosu Şərqi Azərbaycan əyalətinin ən çox müzakirə olunan layihələrindən biri olub.

Bir neçə həftə bundan öncə Təbrizin Şəhər Şurasının üzvü Ruhullah Dehqannejad 20 il müddətində Təbriz metrosunun cüzi bir hissəsinin istifadəyə verildiyini bildirib və bunun qəbuledilməz olduğunu deyib.

Təbriz metrosunun inşası ilə bağlı məsələlərə aydınlıq gətirilmədiyinə diqqət çəkən R.Dehqannejad 20 il ərzində metro tikintisinə ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı qaranlıq məqamların olduğunu vurğulayıb.

Qeyd edək ki, Təbriz metrosunun tikintisinə İsfahan, Şiraz və Məşhəd şəhərlərinin metrosundan daha tez başlanılıb.

Ancaq, adı çəkilən şəhərlərin metrolarının əsas xətlərinin hamısının hazır olmasına baxmayaraq, Təbriz mütrosunun tikintisi müxtəlif bəhanələrlə gecikdirilməsi Təbriz əhalisinin narazılığına səbəb olub.

C.E
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar