SON XƏBƏRLƏR

Təbrizdə milli fəalın məhkəməsi keçirilib

2021.10.21, 07:55
Təbrizdə milli fəalın məhkəməsi keçirilib

Gunaz.tv

O, “kiber məkanda İran İslam Respublikasına qarşı təbliğat aparmaqda" ittiham olunur.

Bundan öncə Hadi Şəhabinin başçılığı ilə keçirilən dindirmə zamanı Nadir Sadiqiyan “kiber məkanda telekommunikasiya sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək”də günahlandırılıb.

Məhkəmənin elektron sistemində yayılan bildirişə görə, Sadiqiyan noyabrın 1-də yerli vaxtla saat 11:00-da Təbrizin İkinci Cəza Məhkəməsinin 111-ci bölməsində olmalıdır.

Nadir Sadiqiyan 26 iyulda Təbrizdə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq təcridxanaya göndərilib və 11 avqustda Təbriz zindanına köçürülüb.

O, 14 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar