SON XƏBƏRLƏR

Təbrizdən Qaşqay türklərinə dəstək-VİDEO

2022.01.01, 12:34
Təbrizdən Qaşqay türklərinə dəstək-VİDEO

Gunaz.tv

Şəhərdə bu məqsədlə “İcbari köç, modern soyqırımdır” məzmunlu plakat açılıb. Fəallar Qaşqay türklərinə dəstəklərini nümayiş etdirib, əhalinin diqqətini qaşqaylara qarşı olan ədalətsiz münasibətə cəlb etmək istəyiblər.

Qeyd edək ki, İranın Kohgiluyə və Böyirəhməd ətlətinin Kəcsaran mahalının “Heliqan” bölgəsində yaşayan Qaşqay türklərinin öz ata-baba yurdlarından icbari köçürülməsi prosesi başlayıb.

Yerli qaşqay türkləri hökumət bu vasitə ilə onların torpaqlarını mənimsəmək, onları başqa bölgələrə köçürməklə asimiliyasiyaya məruz qoymaq siyasəti yürütdüyünü deyir, prosesi dayandırmaq üçün müqavimət göstərirlər. 

Bu son vaxtlar qaşqaylarla hökumət məmurları, polis qüvvələri arasında şiddətli qarşıdurmaların yaranmasına səbəb olub.

Ötən həftə yerli Qaşqay türklərindən olan Firuz Nərreyi Dərəşuri hökumət məmurları və torpaqları mənimsəmək istəyən böyük sərmayəçilərin əlaltılarının hücumuna məruz qalıb.

Bununla yanaşı qaşqaylara məxsus altı yük maşınına xəsarət yetirilib və onların bölgədən çıxarılması üçün əlavə məmurlar cəlb olunub.

Qaşqayların bir neçə gün bundan öncə yaydıqları məlumatda, hökumət məmurlarının onlara xəbərdarlıq etdikləri, qısa müddətdə torpaqları tərk etməyəcəkləri təqdirdə daha ağır nəticələrlə qarşılaşacaqları bildirilib.

Qeyd edək ki, İranın cənub və mərkəzi bölgələrində yaşayan qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərdən ibarətdir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

C.E
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar