SON XƏBƏRLƏR

Təbrizdə türk dilində "Koroğlu" tamaşası səhnəyə qoyulub

2022.01.28, 07:59
Təbrizdə türk dilində "Koroğlu" tamaşası səhnəyə qoyulub

Gunaz.tv

Tamaşa 27 yanvardan etibarən Təbrizin "29 Bəhmən Mədəniyət və İncəsənət Mərkəzi"nin İqbal Azər salonunda yenidən səhnəyə çıxarılıb.

Güney azərbaycanlı rejissor Yaqub Siddiq Camali media nümayəndələrinə verdiyi müsahibədə hakimiyyət orqanlarının teatrın fəaliyyətinə münasibətini tənqid edib. O, bildirib ki, pandemiya məhdudiyyətləri zamanı bir çox yerlər fəaliyyət göstərsə də, teatrın fəaliyyətinə qadağa qoyulub.

“Pandemiya dönəmində restoranlar və digər insanalrın sxı tolaşdığı məkanlar karantin qaydalarına riayət edərək fəaliyyətə başladılar.

Bu müddətdə fəaliyyətə davam edə bilməyən tək sektor tamaşa nümayişləri və konsertlər oldu. Yəni, bir sənətkar digər sektorlar qədər iş yerinin sağlamlıq protokollarına riayət edə bilməyəcəkmi?”-deyə, rejissor bildirib.

Qeyd edək ki, 200 nəfərin səhnə və səhnə arxasında əməyi nəticəsində baş tutan tamaşa bundan öncə başda Təbriz olmaqla İranın Tehran və Əhvaz kimi başqa şəhərlərində də nümayiş etdirilmişdi.

Daha sonra isə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında və Türkiyə Cümhuriyyətində də səhnəyə qoyulub.

C.E

 

gun az article

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar