SON XƏBƏRLƏR

Təbrizdə polis səyyar satıcılara hücum edib-VİDEO

2021.10.21, 13:04
Təbrizdə polis səyyar satıcılara hücum edib-VİDEO

Gunaz.tv

Bu barədə güneyli fəallar sosial mediada məlumat yayıblar.

Görüntülərdən bələdiyyə işçiləri ilə polis qüvvələrinin şəhərin Tərbiyət, Bazarağzı, Darayi küçələrində səyyar satıcılıq edənlərə qarşı zorakılıq etdiyi bəlli olur.

Hökumət məmurları işsizlik ucbatından az miqdarda sərmayə ilə ayaq üstündə satıcılıq edənləri təhqir edib, mallarını əllərindən alıb və buna etiraz edən bir neçə satıcını polis bölmələrinə aparıblar.

Uzun illərdir ki, belə halların baş verməsi adi hal alıb. Yoxsulluq və işsizliyin artması nəticəsində səyyar satıcılıq edənlərin sayı kəskin artıb.

Bir müddət bundan öncə Təbrizin Bazarağzında bələdiyyə işçiləri və polislərin səyyar satıcılara hücumu qarşıdurmaya səbəb olmuşdu.

Qarşıdurmada bir neçə satıcı ağır yaralanmış, çox sayda satıcı isə həbs edilmişdi.

C.E
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar