SON XƏBƏRLƏR

Təbrizdə üç qatlı yaşayış binası çökdü

2022.02.04, 15:05
Təbrizdə üç qatlı yaşayış binası çökdü

Gunaz.tv

Hadisə bu gün günortadan sonra yerli vaxtla saat 15:00, Bakı vaxtilə 15:30 radələrində Təbrizin Abbasi küçəsində baş verib.

Məlumata görə, 3 qatlı yaşayış binası çöküb və hadisə yerinə axtarış-xilasetmə dəstələri cəlb olunub.

Fəallar bu dəqiqələrə qədər insan itkisi barədə dəqiq açıqlama verilmədiyini, ancaq bir neçə ailənin yaşadığı ehtimal edilən binada insan tələfatının çox olacağını ehtimal edirlər.

Qeyd edək ki, bundan bir müddət öncə, dekabrın 21-də eyni küçədə 4 qatlı yaşayış evinin çökməsi nəticəsində 5 nəfər həyatını itirib, 15 nəfər isə ağır yaralanmışdı.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar