SON XƏBƏRLƏR

Təbrizdə su böhranı daha da şiddətlənə bilər

2021.10.28, 10:38
Təbrizdə su böhranı daha da şiddətlənə bilər

Gunaz.tv

Əlirza İmanlu deyib ki, Araz suyunun Təbrizə nəqli layihəsi gecikdirilsə, şəhərdə su böhranı daha da şiddətlənəcək.

O, cari yağış ilində əyalətə düşən yağıntı miqdarının 220.5 milimetr olduğunu və ötən ilin oxşar dövrü ilə müqayisədə 22.2% azalma qeydə alındığını deyib.

İmanlu əyalətin Təbriz, Ocan, Səhənd, Miyana və Mərənd şəhərlərində su çatışmazlığının daha çox müşahidə edildiyini qeyd edib.

Su və Kanalizasiya Şirkətinin başçısı hal-hazırda durumun ürəkaçan olmadığını və problemin həllinə kimi sudan istifadədə əyalət sakinlərinin qənaət etməli olduqlarını bildirib. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar