SON XƏBƏRLƏR

Təqaüdçülər Təbrizdə etiraz aksiyası keçirib-"Tələblərimiz yerinə yetirilməsə Tehrana gedəcəyik"-VİDEO

2022.01.17, 07:44
Təqaüdçülər Təbrizdə etiraz aksiyası keçirib-"Tələblərimiz yerinə yetirilməsə Tehrana gedəcəyik"-VİDEO

Gunaz.tv

Narazılar havanın kəskin soyuq olmasına rəğmən Şərqi Azərbaycan əyalətinin Sosial Təminat İdarəsinin qarşısına toplaşıb. 

Etirazçılar “Haqqımızı almayınca susmayacayıq”, “Ləyaqətsiz məsul, istefa-istefa”, “Əmək haqqı rialla, xərclərimiz dollarladır” məzmunlu şüarlar səsləndiriblər.

Aksiyanın sonunda çıxış edən təqaüdçülərin nümayəndəsi bildirib ki, tələbləri yerinə yetirilməsə aksiyanı Tehranda davam etdirəcəklər. 

Bu, son aylar təbrizli təqaüdçülərin keçirdiyi çoxsaylı aksiyaların davamıdır və bundan öncə onlar eyni istəklərlə dəfələrlə etiraz aksiyası keçiriblər.

Etirazçılar təqaüdlərinin aşağı olmasına, rütbələndirmə və bərabərləşdirmə qanununun tətbiq olunmamasına ediblər.

Həmçinin sığorta xidmətləri sahəsindəki problem və çatışmazlıqların həll edilməməsinə eiraz edilib.

Eyni gündə Təbrizlə yanaşı bir neçə başqa şəhərdə, o cümlədən Tehran, Əlborz, Qəzvin, Kirmanşah və b. Şəhərlərdə də təqaüdçülərin oxşar aksiyaları keçirilib.

C.E


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar