SON XƏBƏRLƏR

Təbrizdə türk dili fəalı Əlirza Fərşiyə dəstək aksiyası keçirilib-FOTOLAR

2021.10.20, 07:36
Təbrizdə türk dili fəalı Əlirza Fərşiyə dəstək aksiyası keçirilib-FOTOLAR

Gunaz.tv

Şəhərin bir sıra yerlərində Əlirza Fərşinin şəkli olan banerlər asılıb. Milli fəallar bu yolla Tehran hökumətinin mədəni fəala qarşı basqılarına etirazlarını bildiriblər.

Banerlərdə əks olunmuş Fərşinin fotosu üzərində “Azadlıq”, “Əlirza Fərşi”, “insan azadlığa məhkumdur”, “Ver əlini əlimə, uçmağından qovulmuş həsrətində yanıram- 43 ildir uzaqda qara yerdə yatıram” məzmunlu şüarlar yazılıb.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Ə.Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il məhbəs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

C.E

Açıklama yok.Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar