SON XƏBƏRLƏR

Təbrizdə öyrənci fəal Aylar Həqqi məmurlar tərəfindən öldürülüb

2022.11.18, 01:55
Təbrizdə öyrənci fəal Aylar Həqqi məmurlar tərəfindən öldürülüb

Gunaz.tv

O, hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiq etməsindən sonra binalardan birinə sığınıb.

Etirazçıları təqib edən bir neçə məmur onun ardınca binaya girib və Aylar Həqqini oradan aşağı atıblar.

Ağır bədən xəsarətləri alan gənc öyrəncihadisə yerindəcə həyatını itirib.

Əslən Şərqi Azərbaycan əyalətinin Məlikan kəndindən olan öyrəncinin dəfn edilmək üçün doğma şəhərinə aparılmasına icazə verilməyib.

Aylar Həqqinin ailəsi və Rabitə İdarəsində çalışan atasına dəfn mərasiminin səssiz keçirilməsi və ictimailəşdirilməməsi üçün təzyiq göstərilib.

Buna baxmayaraq, xəbər ictimailəşib və yayılan bildirişlərə görə, noyabrın 18-i səhər saat 09-da Təbrizin Vadi Rəhmət qəbristanlığına dəfn mərasimi keçiriləcək.

Qeyd edək ki, noyabrın 16-ı axşam saatlarına kimi İranda etiraz aksiyaları başlayandan bəri öldürülənlərin sayı 362 nəfərə çatıb. 

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar