SON XƏBƏRLƏR

Təbrizdə zəlzələ baş verib

2022.01.23, 12:42
Təbrizdə zəlzələ baş verib

Gunaz.tv

Mərkəzin yaydığı məlumata görə, yeraltı təkanlar bu gün yanvarın 23-ü, yerli vaxtla səhər saat 08:51-də baş verib.

Rixter cədvəli üzrə 4.4 bal gücündə zəlzələ yerin 15 kilometr dərinliyində olub.

Böhran İdarəetmə Mərkəzinin başçısı Məhəmmədbaqir Hünərbər ilk zəlzələdən 5 dəqiqə sonra 3.5 bal gücündə ikinci təkanın baş verdiyini deyib.

O, zəlzələnin Təbrizin 8, Basmınc kəndinin 11 və Sərdəri kəndinin 17 kilometrliyində qeydə alındığını bildirib.

Hünərbər ehtimal edilən dağıntılar barədə hər hansı məlumatın daxil olmadığını, Qızılaypara Cəmiyyəti, Təcili Yardım və Böhran İdarəetmə Mərkəzlərinin əməkdaşlarının zəlzələ baş verən bölgəyə göndərildiklərini qeyd edib.

Sosial media fəallarının yaydığı məlumatda isə zəlzələ baş verdikdən sonra bir sıra evlərdə çatların əmələ gəldiyini və əhalinin evlərini tərk etdiklərini yazıblar.

C.E
 

 

content_image_1642925483.jpg

content_image_1642925471.jpg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar