SON XƏBƏRLƏR

Xamneyinin nümayəndəsi "Taliban"ı dəstəklədi: "Amerika İŞİD-i dirçəltməyə çalışır"

2021.10.20, 07:36
Xamneyinin nümayəndəsi "Taliban"ı dəstəklədi: "Amerika İŞİD-i dirçəltməyə çalışır"

Gunaz.tv

Cümə imamı Amerikanı "Taliban"a qarşı oyun qurmaqda ittiham edib.
“Amerika "Taliban", başqa siyasi güclər üçün təhdid sayıla biləcək və Amerikanın Əfqanıstandakı maraqlarına qulluq edən qrupun İŞİD olduğunu anlayır.

Bunun üçün bu qruplaşmanın yenidən dirçəldilməsinə çalışır”-deyə, Ali-Haşim iddia edib.

Xamneyinin nümayəndəsi bunun bölgə və Əfqanıstan üçün təhdid olduğunu, İranın başqa siyasi güclərin bölgədə yerləşməsinə qarşı çıxdığını deyib.

O, beynəlxalq aləmin məsələni diqqətdə saxlamısını istəyib. 

Təbrizin cümə imamı Azərbaycan Cümhuriyyəti ilə İran arasında yaşanan gərginliyə də toxunub.

O, öncəki çıxışlarından fərqli olaraq iki ölkə xalqlarının birliyindən danışıb və başqa güclərin iki ölkə arasında ayrılıq yaratmağa çalışdıqlarını deyib.

“Niyə bu gün Azərbaycan və İran arasında ixtilaf yaratmağa çalışırlar? İki müsəlman xalqı bir-birindən ayrımağa cəhd edirlər. Ancaq bilməlidirlərki, bu iki xalqın ürəyi birdir”-deyə, cümə imamı yumuşaq mövqedən çıxış etməyə çalışıb.

Qeyd edək ki, bundan öncə İran ordusunun Araz Azərbaycanla sərhəd bölgələrdə “Xeybərin fatehləri” adı altında keçirdiyi hərbi təlimlər zamanı Seyid Məhəmmədəli Ali-Haşim başqa İran rəsmiləri kimi “sionist”lərin İrana qarşı təxribatlar törətmək üçün bölgədə yerləşdiyini iddia etmişdi. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar