SON XƏBƏRLƏR

"Azərbaycanın sərvətləri talan edilir"- Xamneyinin Təbrizdəki nümayəndəsi

2022.02.17, 06:02
"Azərbaycanın sərvətləri talan edilir"- Xamneyinin Təbrizdəki nümayəndəsi

Gunaz.tv

O, əyalətin öz mədən potensialından istifadə etməsi üçün Azərbaycanın müstəqil mis şirkətinin yaranmasının zəruri olduğunu bildirib.

“Biz görürük ki, əyalətimizin mineral ehtiyatları hasil edildikdən sonra ya xaricə çıxarılıb satılır, ya da başqa şəhərlərdə əridilir və emal olunur. “Süngün” mis mədəni bölgə üçün əvəzolunmaz nemətdir və bu imkandan bölgənin inkişafı, iş yerlərinin açılması yönündə istifadə edilmir”-deyə, Ali Haşim bildirib.

O, məsullara müraciət edərək deyib ki, bu sahədə Şərqi Azərbaycan əyalətinin haqqı tapdalanır və bölgə mədənlərindən konsentratların xam mal kimi satılması və ya emal etmək üçün başqa əyalətlərə daşınmasının qarşısını almaq üçün müstəqil olaraq Azərbaycan Mis Şirkəti yaradılmalıdır.

Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün mis mədəninə aid olduğunu bildirmişdi.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir. 

Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar