SON XƏBƏRLƏR

Təbrizin Universitetinin tibb fakültəsinə molla başçılıq edəcək

2022.03.18, 09:17
Təbrizin Universitetinin tibb fakültəsinə molla başçılıq edəcək

Gunaz.tv

Nobari tibb elmləri fakültəsinin dekanı seçilməzdən əvvəl universitetdə islamşünaslıq kafedrasının dosenti və Təbrizdəki “Cəmkəran” məscidinin nümayəndəliyinin məsulu olub.

Tibb sahəsində heç bir təhsili olmayan axundun radiologiya, anesteziologiya, laboratoriya elmləri və əməliyyat otağı şöbələri kimi fənlər üzrə tələbələrə təhsil verən paramedikal elmlər fakultəsinin başına gətirilməsi universitet müəllimləri və öyrəncilər tərəfindən narazılıqla qarşılanıb.

Qeyd edək ki, son aylar, özəlliklə İbrahim Rəisinin prezident seçilməsindən sonra, müxtəlif elmi mərkəzlərə radikal dinçi axundların rəhbər təyin edilməsi halları çoxalıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar