SON XƏBƏRLƏR

Xamneyinin nümayəndəsi Rusiyanın Ukraynaya təcavüzünə qarşı çıxanları rəzil adlandırıb

2022.03.22, 07:57
Xamneyinin nümayəndəsi Rusiyanın Ukraynaya təcavüzünə qarşı çıxanları rəzil adlandırıb

Gunaz.tv

“Ölkə daxilində bir sıra alçaq məşhurlar Ukraynaya dəstək verir, paylaşımlar edir və hətta qurbanlar üçün şam yandırırlar”-deyə, İranın ali rəhbəri Əli Xamneyinin nümayəndəsi bunu ictimai rəyi aldatmaq kimi dəyərləndirib.

Onun Ukraynaya dəstək mesajları paylaşan tanınmış sosial media istifadəçilərini "bu günə kimi lal olmaqda", indi isə Ukraynaya dəstək üçün danışmağa başlamaqda günahlandırması kimi anlaşlmaz ifadələri sosial media fəallarının reaksiyasına səbəb olub.

Mehdi Ali Rusiyaya qarşı başladılan kampaniyaları və atılan addımları məqsədli şəkildə ictimai rəyin çaşdırılması adlandırıb.

Qeyd edək ki, son günlər başda İranın ali rəhbəri Əli Xamneyi olmaqla İran rəsmiləri, o cümlədən prezident İbrahim Rəisi və başqa vəzifəlilər Ukraynadakı mövcud vəziyyətə münasibət bildiriblər.

Onlar Rusiyanın bu ölkəyə hücumuna görə ABŞ və NATO-nu günahlandırıb, Amerikanı “şeytan” adlandırıblar.

İran hakimiyyətinin Rusiyanın iddialarını dəstəkləyən mövqeyi sosial mediada geniş mənfi reaksiyalarla qarşılanıb.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar