SON XƏBƏRLƏR

Təbrizin millət vəkili hökumətin Azərbaycan əyalətlərinə qarşı ayrı-seçkilik siyasətini tənqid etdi

2021.11.22, 13:31
Təbrizin millət vəkili hökumətin Azərbaycan əyalətlərinə qarşı ayrı-seçkilik siyasətini tənqid etdi

Gunaz.tv

O, ölkə banklarında olan pulların 60%-nın Tehran, qalan 30%-nın isə İsfahan, Şiraz və Məşhəd şəhərlərində toplandığını söyləyib.

Adıçəkilən şəhərlərin isə başqa millət vəkili Əhməd Əlirzabeygi isə “xüsusi siyasi bir cərəyanın Təbrizin inkişafına mane olduğunu” qeyd edib.

“Təbrizə məsul təyin edilən hər bir kəs bu şəhərin keçmişi barədə araşdırma aparıb və hansı bir vəzifəni qəbul etdiyini anlamalıdır. Azərbaycan siyasi məsələlərdə rol oynasada, inkişafdan geri qalıb”-deyə, Əlirza Munadi noyabrın 21-də Təbriz Şəhər Şurasının toplantısında bildirib.

O, elektrik enerjisi sahəsində də Azərbaycan əyalətlərinə qarşı ayrı-seçkilik edildiyini dilə gətirib və deyib ki, İsfahan əyalətinin elektrik enerjisindən payı 7 MVt elektrik enerjisi əldə etdiyi halda. Şərqi Azərbaycan, zəngan və Ərdəbil əyalətləri 4 MVt elektrik enerjisi əldə edə bilirlər.

Əhməd Əlirzabeygi isə Azərbaycan əyalətlərinə qarşı olan ayrı-seçkiliklərin sistemli olduğunu qeyd edib və xüsusi bir siyasi cərəyanın Təbrizin inkişafına mane olduğunu “Təbriz böyük bir kənddir” düşüncəsinə xidmət etdiyini bildirib.

Qeyd edək ki, Əlirzabeyginin bu fikri bundan öncə Rəfsəncaninin Təbrizə səfəri zamanı əhali tərəfindən qarşılanmadığı üçün “Təbriz böyük bir kənddir” ifadəsinə işarədir.

C.E  
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar