SON XƏBƏRLƏR

"Belə davam edərsə etirazları genişlənəcək"-Təbrizin millət vəkili

2022.09.04, 11:50
"Belə davam edərsə etirazları genişlənəcək"-Təbrizin millət vəkili

Gunaz.tv

Məsud Pezeşkiyan hakimiyyətdə olan mühafizəkar qanadı onlardan fərqli düşünənlərə qarşı amanslz davrandığını, müxtəlif böhtan və bəhanələrlə sudurmağa çalışdığını vurğulayıb.

"Parlament, məhkəmə sistemi və bir çox başqa qurumları öz bildikləri kimi formalaşdırmağa nail olublar. Ancaq bu belə davam edə bilməz, yeni tətil və aksiyalar keçiriləcək. Durumun belə davam etməsi yolverilməzdir"-deyə, millət vəkili xəbərdarlıq edib.

O, hazırda mövcud olan parlamentin formal xarakter daşıdığını və millət vəkillərinin parlamentdə müzakirəyə çıxarılan məsələlərlə bağlı öncədən səslərinin alındığını söyləyib.

Ölkədə iqtisadi durumun getdikcə ağırlaşdığını, vətəndaşların yaşayış problemlərinin artdığını deyən Pezeşkiyan, hazırda bir çox insanların ömür boyu işləmələrinə baxmayaraq qoca vaxtlarında ev yiyəsi ola bilmədiklərini, kirayələrdə qaldıqlarını qeyd edib.

Ölkə iqtisadiyyatının, universitetlərinin və mədəniyyətinin islamiləşdirilməsi iddiaları ilə bağlı "Sarpuş" saytının sualını cavablandıran Məsud Pezeşkiyan bunun absurd olduğunu deyib.

Nüvə sazişi ilə bağlı məsələlərə toxunan millət vəkili deyib ki, keçmiş hökumət dövründə danışıqlara qarşı çıxanlar indi ortada meydan sulayır.

O, yanlış siyasətin vətəndaşların dolanışıq problemlərini daha da çoxaltdığını vurğulayıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar