SON XƏBƏRLƏR

"Hökumət vətəndaşları yerli avtomobil almağa məcbur edir"-Təbrizin millət vəkili

2022.04.18, 07:08
"Hökumət vətəndaşları yerli avtomobil almağa məcbur edir"-Təbrizin millət vəkili

Gunaz.tv

O, hökumətin vətəndaşlara yerli avtomobil almaq üçün təzyiq göstərdiyini, bunun isə avtomobil monopoliyaçılarına xidmət etdiyini deyib.

“Hökumət bütün imkanlarından istifadə edərək əhalini daxildə istehsal olunan avtomobillər almağa vadar edir və xarici avtomobillərin ölkəyə gətirilməsinə icazə vermir.

Yerli avtomobillərin təhlükəsizlik göstəriciləri isə çox aşağıdır. Bu isə bilərəkdən vətəndaşların təhatını təhlükəyə atmaqdır”-deyə, millət vəkili hökuməti monopoliyaçılara xidmət etməkdə ittiham edib.

O, bildirib ki, avtomobil istehsalı dövlətin əlində olsa da, bundan bir sıra şəxslər yüksək qazanc götürürlər.

Əlirzabeygi yeni bahalıq dalğasının başlanması ilə bağlı düşüncələrini dilə gətirib və bir sıra dövlət nümayəndələrinin buna imkan verməyəcəklərini anlamsız adlandırıb.

“Bundan öncə yanacağın qiymətinin bahalaşması ilə bağlı bəzi dövlət məmurları və ilgili qurumlar bunun başqa mallarda qiymət arıtımına təsir etməyəcəyini deyib and içirdilər. Ancaq bu belə olmadı və yanacağın bahalaşması başqa məhsullarında bahalaşmasına səbəb oldu.

Onlar hələ iqtisadiyyatın öz qaydaları olduğunu başa düşmür, bunu anlamaq istəmirlər”-deyə, Təbrizin millət vəkili qarşıda yeni bahalıq dalğqasının olacağı barədə xəbərdarlıq edib.

Əhməd Əlirzabeygi bununla yanaşı xaricdən ölkəyə məişət avadanlıqlarının gətirlməsinə qoyulan qadağalara diqqət çəkib və bildirib ki, bu, daxili istehsal avadanlıqlarının qiymətinində bahalaşmasına səbəb olub.

Millət vəkili belə inzibati tədbirlərin əhalini dahada çətin duruma saldığını, ancaq məsulların bundan zövq aldıqlarını, bununisə onların iddia etdikləri və səsləndirdikləri şüarlara, dəyərlərə inanmadıqlarnını göstərdiyini deyib.
 
Qeyd edək ki, məişət avadanlıqlarının idxalı ilə bağlı göstəriş bir başa Əli Xaməneyi tərəfindən verilib və o, bununla bağlı İbrahim Rəisiyə məktub yazıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar