SON XƏBƏRLƏR

Təbrizin millət vəkili: "Hökumətin internetə nəzarəti keyfiyyətin azalmasına səbəb olub"

2022.09.06, 10:25
Təbrizin millət vəkili: "Hökumətin internetə nəzarəti keyfiyyətin azalmasına səbəb olub"

Gunaz.tv

Əhməd Əlirzabeygi bu sahənin də avtomobil istehsalı sahəsi kimi keyfiyyətsizliyini biabırıcı səviyyədə olduğunu vurğulayıb.

"İnternet idxalı bir neçə kanal vasitəsilə həyata keçirilir. Onun böyük hissəsi ölkəyə Buşehrdən və cənubdan, bir hissəsi isə Ermənistan tərəfdən daxil olur.

Bu məsələdə əsas oyunçu hökumət olduğu üçün internetdə də başqa sahələrdə olduğu kimi problemlə üzləşmişik"-deyə, millət vəili bildirib.

O, bu sahənin bir çox sahələlər kimi hakimiyyətin monopoliyasında olduğunu və buna görə də seçim imkanı olmayan istifadəçinin əziyyət çəkdiyini söyləyib.

Əlirzabeygi dünyanın başqa ölkələrində, o cümlədən İranla qonşu ölkələrdə vətəndaşların daha keyfiyyətli internet xidmətindən istifadə etdiyini bildirib.

Millət vəkili deyib ki, iranlılar çox pul ödəsə də, keyfiyyəsiz internet xidmətindən istifadəyə məcbur edilir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar