SON XƏBƏRLƏR

"İran-Rusiya əlaqələrinin inkişafı sanksiyaların təsirinin azalmasına səbəb olub"-Millət vəkili

2022.08.08, 06:54
"İran-Rusiya əlaqələrinin inkişafı sanksiyaların təsirinin azalmasına səbəb olub"-Millət vəkili

Gunaz.tv

Millət vəkili bildirib ki, İran və Rusiya arasında münasibətlərin inkişafı sanksiyaların təsirinin azalmasına səbəb olub

Bütün problemlərə baxmayaraq İranın inkişafa doğu getdiyini iddia edən Mirtacəddini İbrahim Rəisi hökuməti dövründə İranın Rusiya və Çinlə əlaqələrinin daha da dərinləşdiyini deyib.

"İran və Rusiya arasında iqtisadi, pul və bank əlaqələrinin genişləndirilməsi iqtisadi və bank sahəsində sanksiyaların təsirinin azaldılması üçün mühüm rol oynayıb"-deyə, mühafizəkar qanada bağlı parlament üzvü bildirib.

Qeyd edək ki, İranın iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi, Vladimir Putinin İrana səfəri zamanı Rusiya ilə ikitərəfli ticarətdə rublun xarici valyutalarla əvəzləndiyini açıqlayıb.

O, iyulun 26-da deyib ki, hökumətin iradəsinə əsasən, ikitərəfli və çoxtərəfli pul sazişlərinin bağlanması da daxil olmaqla, İran ilk addımı atıb və praktiki olaraq bu rublun İran valyuta bazarına daxil olması deməkdir.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar