SON XƏBƏRLƏR

Azərbaycanı hədələyən iranlı deputat "yumşaldı": "Problemin danışıqlar yolu ilə həlli vacibdir"

2021.10.20, 07:36
Azərbaycanı hədələyən iranlı deputat "yumşaldı": "Problemin danışıqlar yolu ilə həlli vacibdir"

Gunaz.tv

Məhəmmədrza Mirtacəddini Qafqazda yaranan gərginliklərin danışıqlar yolu ilə həllinin vacib olduğunu bildirib.

Onun sözlərinə görə, gərginliyin diplomatik yolla həlli mümkündür.

 Məhəmmədrza Mirtacəddin bildirib ki, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyanın bölgə və qonşu ölkələrin rəsmiləri ilə görüşləri bu istiqamətdə atılan addımlardandır.

M. Mirtacəddini XİN rəhbərinin rusiyalı həmkarı Sergey Lavrovla görüşünün xüsusi əhəmiyyət daşıdığını deyib, gələcəkdə Rusiya ilə İran prezidentlərinin nəzərdə tutulan görüşlərinin bölgənin problemlərinin həllində əhəmiyyətli rol oynayacağını iddia edib.

Qeyd edək ki, bir neçə gün öncə Mirtacəddini başqa İran rəsmiləri kimi İsrailin Azərbaycan Cümhuriyyətinə nüfuz etdiyini, İrana qarşı təxribatlar törətməyə çalışdığını və iki müsəlman qonşu dövlət arasında düşmənçilik yaratmağa çalışdığını iddia etmişdi.

Millət vəkili İran ordusunun Araz qırağında “Xeybər fatehləri” adı altında keçirdiyi hərbi təlimi “bölgədə yerləşən sionistlərə xəbərdarlıq və əzələ nümayişi” olduğunu bildirmişdi.

Son günlər Azərbaycan cumhuriyyətinin İranla münasibətdə diplomatik qələbəsindən sonra Mirtacəddini də başqa rəsmilər kimi öncəki mövqeindən geri durmağa məcbur olub.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar