Təbrizin millət vəkili Azərbaycan Mis Şirkətinin yaradılmasını təklif edib

10.01.2022, 13:46

Təbriz, Üskü və Tufarqan (Azərşəhr) şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi Azərbaycan Mis Şirkətinin yaranmasının vacib olduğunu bildirib.

Gunaz.tv Quote | Gunaz article

O, bunun Azərbaycan xalqının qanuni və təbii haqqı olduğunu deyib.

Əhməd Əlirzabeygi uzun illərdir müxtəlif bəhanələrlə bunun qarşısının alındığını və azərbaycanlıların öz sərvətlərindən pay götürmələrinə imkan verilmədiyini söyləyib.

“İran Milli Mis Şirkətinin gəlirlərinin üçdə biri Şərqi Azərbaycana məxsusdur. Ancaq bu günə kimi bundan Azərbaycana heç nə ödənilməyib. 2020-ci ildə Milli Mis Şirkəti 50 min milyard gəlir əldə edib.

Ancaq bunun qarşılığında Şərqi Azərbaycanın infrastrukturunun qurulması və yenilənməsi üçün heç bir vəsait ayrılmayıb”-deyə, Əlirzabeygi bildirib.

Millət vəkili deyib ki, Milli Mis Şirkəti əldə etdiyi gəlirlərdən Şərqi Azərbaycanın magistral və dəmir yolları, təbiətin bərpası və başqa bu kimi məsələlərə vəsait ayırmalıdır.

Onun sözlərinə görə, bu istiqamətdə heç bir iş görməyib.

O, Şərqi Azərbaycandan əldə edilən gəlirlə Kirman infrastrukturuna böyük məbləğdə vəsait ayırılmasını ədalətsizlik adlandırıb.

“Kirman nümayəndələrinin çıxışları cavab verməyə layiq deyil. Onlar qeyri-ciddi, məntiqsiz danışırlar. Çıxarılan qərar qanunidir və Azərbaycannın haqqıdır”-deyə, Əhməd Əlirzabeygi Kirman və Rəfsəncan şəhərlərinin nümayəndələrinin Təbrizin “Traxtur” və “Maşinsazi” futbol komandalarının Milli Mis Şirkətinin malikiyyətinə verilməsi ilə bağlı etirazlarına cavab olaraq bildirib.

Təbrizin İran parlamentindəki nümayəndəsi deyib ki, istəkləri Şərqi Azərbaycanın haqqının əldə edilməsidir və Sənaye, Mədən və Ticarət naziri adı çəkilən iki futbol komandasına maddi dəstəklə bağlı qəti münasibət bildirməlidir.

Milət vəkili bir sıra qrup və cərəyanların aranı qarışdıraraq Azərbaycan Mis Şirkətinin qurulması məsələsini kölgədə qoymağa çalışdıqlarını deyib və onların məqsədlərinə çatmaması üçün mövzudan qırağa çıxmamağı tövsiyə edib.

Bununla yanaşı Əhər şəhərinin İran parlamenindəki nümayəndəsi Əhməd Məhərrəmzadə də Azərbaycan Mis Şirkətinin qurulmasının vacib olduğunu deyib.

“Haqq alınmalıdır, kimsə onu bizə pay verməyəcək. Azərbaycanlılar başqasının haqqına göz dikməyiblər, sadəcə özlərinə məxsus olanı təlb edirlər. Bu günə kimi Azərbaycan sərvətləri Kirmana daşınırdı.

Bundan sonra buna imkan vermək niyyətində deyilik”-deyə, Əhərin nümayəndəsi həkmarı Əlrzabeyginin mövqeyini dəstəkləyib.

Qeyd edək ki, yanvarın 4-ü, axşam saatlarında Təbrizin İran parlamentindəki bir neçə nümayəndəsi, Milli Mis Şirkətinin rəhbəri, İranın Sənaye, Mədən və Ticarət nazirinin iştirakı ilə keçirilən toplantıda klubların “Süngün” mis mədəni şirkətinin himayəsinə verilməsi barədə andlaşma imzalanıb və şirkət klublara dəstək verəcəyini vəd edib. 

Bundan sonra Kirmanın İran parlamentindəki nümayəndəsi Məhəmmədrza Puribrahimi və Rəfsəncan nümayəndəsi Hüseyn Cəlali buna etiraz edib, mis şirkətinin gəlirlərinin Kirmana aid olduğunu iddia ediblər. 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20