SON XƏBƏRLƏR

"Urmu gölünün bərpası ilə bağlı bütün işlər yeni hökumət dövründə dayandırılıb"-Millət vəkili

2022.07.12, 09:58
"Urmu gölünün bərpası ilə bağlı bütün işlər yeni hökumət dövründə dayandırılıb"-Millət vəkili

Gunaz.tv

"Urmu gölünün bərpası üçün görülməkdə olan bütün işlər yeni hökumət dövründə dayandırılıb. Gölün bərpası üçün bu bir ildə heç bir büdcə ayrılmayıb. Prezidentin gölün bərpası ilə bağlı dediklərinin heç biri icra edilməyib. 

Keçmiş hökuməti günahlandıranlara xatırladıram ki, o hökumət sədlər inşa edib, gölün canlandırılması üçün 37 kilometrlik su tuneli çəkib. Bəs indi siz nə edibsiniz?"-deyə, millət vəkili iyulun 12-də parlamentin açıq islasında çıxışı zamanı bildirib.

O, bununla yanaşı ölkədə iddia edilənin əksinə olaraq heç bir birlik atmosferinin olmadığını deyib.

"Bir səsin, bir cərəyanın, bir soyun hakim olduğu bir ölkədə hansı birlikdən danışmaq olar? Bütün baş verənləri və çatışmazlıqların məsuliyyətini müdirlərin üzərinə atırlar.

Bu müdirləri kimlər təyin edir, bunların müdiriyyət qabiliyyəti və bacarığını, biliyinin səviyyəsini kimlər yoxlayır"-deyə, Pezeşkiyan hakimiyyətin başında duranların məsuliyyəti öz üzərlərindən atmağa çalışdıqlarına işarə edib.

Qeyd edək ki, Məsud Pezeşkiyan İranda xüsusilə "islahatçı" cərəyan tərəfdarları arasında nüfuzlu siyasətçilərdən biridir.

İbrahim Rəisi hökumətinin bütün problemləri keçmiş "islahatçı" Ruhani hökumətinin üzərinə atması Məsud Pezeşkiyan və onun təmsil etdiyi qrupun narazılığına səbəb olub.

İranda iki siyasi qanad arasında şiddətlənən qarşıdurma Güney Azərbaycan bölgələrindən İran parlamentində təmsil olunan millət vəkillərinin də fərqli mövqelərdən çıxış etmələrinə səbəb olub.

Bir neçə gündür "mühafizəkar" və "islahatçı" qanadlar arasındakı qarşıdurma Urmu gölünün quruması mövzusu ətrafında baş verir və tərəflər bir-birlərini ekoloji fəlakətin qarşısını almamaqda ittiham edirlər.

Cavidan  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar