SON XƏBƏRLƏR

Təbrizin Traktor zavodunun işçiləri tətil aksiyasını davam etdirir

2021.11.17, 14:23
Təbrizin Traktor zavodunun işçiləri tətil aksiyasını davam etdirir

Gunaz.tv

Təbrizdə yerləşən Traktor zavodunun motor istehsalatı bölməsinin işçiləri hüquqlarının tanınmadığı və onlara təminat verilmədiyi üçün tətil aksiyasını davam etdirdiklərini deyirlər.

İşçilər tətil aksiyalarının dördüncü günü, noyabrın 17-də zavodda toplaşaraq tələblərini, o cümlədən əmək haqqının sabit ödənişlərlə deyil, iş sifarişinə uyğun olaraq artırılmasını, vəzifə təsnifatlarının tətbiqini, müvafiq və yenilənmiş məhsuldarlıq haqlarının ödənilməsini, sığortaları sahəsindəki problemlərin həlli ilə bağlı tələblərini yenidən səsləndiriblər.

İşçilər zavod müdiriyyəti ilə yanaşı əyalət rəhbərliyinin zavoda gəlməsini və onların tələblərinin yerinə yetirilməsilə bağlı təminat vermələrini istəyiblər.

Son aylarda Traktor zavodunda çalışan işçilər oxşar tələblərlə bir neçə dəfə aksiya keçiriblər.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar