SON XƏBƏRLƏR

Təbrizin Traktor zavodunun işçiləri tətil aksiyasına başlayıblar

2022.01.29, 14:31
Təbrizin Traktor zavodunun işçiləri tətil aksiyasına başlayıblar

Gunaz.tv

Təbrizdə yerləşən Traktor zavodunun motor istehsalatı bölməsinin işçiləri hüquqlarının tanınmadığı və onlara təminat verilmədiyi üçün yanvarın 29-da tətil aksiyasına əl atıblar.

Sosial media fəallarının verdiyi məlumata görə, azərbaycanlı işçilər şirkətin vəd etdiyi əmək haqqı artımını yerinə yetirməməsinə və yanlış idarəetməyə etiraz əlaməti olaraq işi dayandırıblar.

Bununla yanaşı etirazçı işçilər zavodda toplaşaraq əmək haqqının sabit ödənişlərlə deyil, iş sifarişinə uyğun olaraq artırılması, vəzifə təsnifatlarının tətbiqini, müvafiq və yenilənmiş məhsuldarlıq haqlarının ödənilməsi, sığortaları sahəsindəki problemlərin həlli ilə bağlı zavod rəhbərliyinin əməli addım atmasını istəyiblər. 

Qeyd edək ki, son aylarda Traktor zavodunda çalışan işçilər oxşar tələblərlə bir neçə dəfə aksiya keçiriblər.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar