SON XƏBƏRLƏR

Təbrizin tarixi bələdiyyə binası baxımsız qalıb

2021.12.14, 11:01
Təbrizin tarixi bələdiyyə binası baxımsız qalıb

Gunaz.tv

Təbrizin Şəhər Şurasının üzvü Seyid kazım Zəfərançı tarixi bələdiyyə binasının baxımsız qaldığı barədə danışıb. 

O, mediaya verdiyi açıqlamada “Saat” sarayının tavanının dağılması nəticəsində yağış sularının tarixi binanın içinə dolması, tikilinin dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı və qapı-pencərələrinin çürüməyə başladığını deyib. 

“media nümayəndələri binanın alt qatına gedib orada nələrin baş verdiyini görsünlər. Orada aparılan qazıntılar nəyə görədir?”-deyə, Zəfərançı Təbrizin simvollarından biri olan tarixi tikilidə aparılan qanunsuz  qazıntılar barədə xəbər verib. 

Bundan öncədə dəfələrlə tarixi tikilinin təmiri üçün hökumətin vəsait ayırmaması müzakirələrə və Şəhər Şurası üzvlərinin etirazına səbəb olub.  

Təbrizin “Saat” binası 1935-ci ildə Alman memarlığı üslübunda və Almaniya memarları tərəfində 4 il müddətinə tikilib. 

Şəhərin simvollarından birinə çevrilən və üstündə saat quraşdırıldığı üçün təbrizlilər arasında “Saat” adlandırılan binada uzun müddət Təbriz bələdiyyəsi fəaliyyət göstərib. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar