SON XƏBƏRLƏR

Təbrizin tarixi Kələntər Evi uçmaq üzrədir-FOTO

2023.03.11, 13:49
Təbrizin tarixi Kələntər Evi uçmaq üzrədir-FOTO

Gunaz.tv

Tarixi tikilinin bərpası və qorunması ilə bağlı yerli əhalinin, ziyalıların İranın Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinə, nazirliyin yerli bölmələrinə müraciətlər cavabsız qalıb.

Kələntər Evinin18 avqust 2003-cü ildə 9712 qeydiyyat nömrəsi ilə İran Milli Əsərlər siyahısına salınmasına baxmayaraq abidənin bərpası üçün heç bir vəsait ayrılmayıb.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Təbrizdə onlarla tarixi abidə yox olmaq üzrədir.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yütərli büdcə ayrılmadığını deyirlər.

content_image_1678512712.jpg

content_image_1678512729.jpg

content_image_1678512759.jpg

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar