SON XƏBƏRLƏR

Təbrizin tarixi quruluşunun bərpası və qorunması ilə bağlı kampaniya başladılıb

2022.06.14, 06:11
Təbrizin tarixi quruluşunun bərpası və qorunması ilə bağlı kampaniya başladılıb

Gunaz.tv

İranın mədəni irs, turizm və əl işləri naziri Seyid İzzətullah Zərğami, yol və şəhərsalma naziri Rüstəm Qasimi və Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəmə ünvanlanan müraciətdə 1960-cı illərə kimi 2000 hektar sahəsi olan Təbrizin tarixi sahəsinin bu illər ərzində dağıdıldığı qeyd olunur.

Təxminən 50 illik bir zaman kəsimində Təbrizin bir çox abidələrinin dağıdıldığı, tarixi quruluşunun uçurulduğu, Göy Məscid, Ərk qalası, Həsən Padişah tarixi kompleksi (Sahib ul Əmr), tarixi bazar və b. abidələrin çevrəsində YUNESJO-nun qaydalarına zidd tikinti işlərinin aparıldığı xatırladılaraq adı çəkilən abidələrə ziyan vurulduğu bildirilir.

Müraciətdə qorunmalı olan və bir çoxunun milli əsərlər siyahısı, bir neçəsinin YUNESKO tərəfindən qeydiyyata alınan abidələrin ətrafında qaydalara zidd olaraq yeni ticarət mərkəzlərinin, yaşayış və ofis binalarının tikilməsinin Təbriz tarixinə qarşı laqeyd yanaşıldığını göstərdiyi vurğulanıb. 

“Müraciətdə İran parlamentinin 2019-cu ilin iyulunda təsdiq etdiyi tarixi strukturların qorunması və bərpası qanununa riayət olunması, Təbrizin tarixi quruluşununbərpası üçün meyarların tapılması, işə cəlb olunmaları həmin əlaqədar qurumların bilavasitə gündəmində olmalıdır”-deyə, müraciətdə qeyd edilir.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar